[E] >  [Ebish Şarkı Sözleri] > Ayriliq Şarkı Sözü
Sponsored Links

Ebish - Ayriliq

Gönderen:MasterGame
Eklendi:
Yeni Şarkı Eklemek İçin Tıklayın Şarkı Ekle      Hata DüzeltHata Düzelt
Hər səhər həsrətinlə açılar üzümə sabah
Çıxıb getmək bəzən savab, bəzən isə günah
Gülərmi həyat ? Gülərmi sənsizkən üzümə
Yazığım gəlir bəzən sənə və bəzən isə özümə
Söndürdüm mən günəşimi axıtdığım göz yaşımla
Barışdım artıq qalibəm sandığım çətin savaşımla
Kimi xoşbəxt gələr həyata, kimi isə hüznlü
Unutma sənində canın var, və bu həyatda ölümlü
Bir söz var idi eşidərkən xoşbəxt olduğum
Bir kədərdə var, hər an göz yaşına dolduğum
Son anların gələr və keçər ağlından günahların
Peşman olarsan, olmaz amma sabahların
Yanar ürək, qurudarmı axıtdığın göz yaşlarını
Yuxularında alar səndən, qırdığın qəlb haqqını
Unutma yaxşı bil doğrunu-yalnışı
Yaxşı bil duanı-qarğışı...

[ reklamı gizle / hide ads ]

Nə gözlərim gülər, nədəki ürək döyünər,
Sənsizlik içimdə ki, yalnızlığı böyüdər,
Və bəzən, dil susar yalnız gözlər danışar,
Bəzən dağ ilə dağda qovuşar,
Mən bir yay sən isə son bahar,
Gəlişinlə bütün güllər solar,
Dolar gözlərim, sözlərim yetərsiz qalar
İnanıram bəlkədə yerimi bir başqası alar
Mənə kəfən, sənə getmək yaraşmadı heç
Ürəyim belə yanıb-alışmadı heç
Bu bəyaz sətirləri qaraladım mən dərdlərimlə
İtirdim səni, bəlkədə öz əllərimlə
Ürək ağlayar, mənasızdı dodaqların gülməyi
Gözlərimdə ölürsən, çox pis bu gözəlliyin ölməyi
© 2003-2024 www.alternatifim.com/ Her Hakkı Saklıdır.