Günəş xəzərdən çıxıbdır
Hisslərimi qızdırıbdır
Səndə yanımda olsan
Sevgi nədir anlarsan
Leylilər Məcnunlar xoş
Bu sevda önündə boş
Gəl bir qal mənimlə
Eşqimlə edim sərxoş
Tut əlimdən, tut əzizim
Tut gedək uzaqlara
Orada dəniz istidir,
Sərilək dalgalara
Tut içimdən qopar məni
Yandır, ürək alışsın
Tut əzizim, tut qoy bizdən
Bütün aləm danışsın!
Baxışı, baxışı, baxışı məni yandırır
Naxışı naxışıma axışıb odlandırır
Gülüşü, gülüşü, gülüşü başqa aləm
Qoşulub qacmır məndən bu həmdəm
Telini, telini, telini çək üzümdən
Əlini, dilini dinc tut sən özündən
Çıxma, çıxma, çıxma, deyil məqamı
Tut Elvinin əlindən, incitmə cavanı
Düşünürdüm sevgi yoxdur
Bunu şairlər uydurdu,
Amma səni gorəndən
Fərziyəm unuduldu
Hökm sürür ehtiras
Kimsə məni saxlamaz
Bu urək səninsə,
Kimsəyə möhtac olmaz!