Məni məndən alıb gedir fikirlərim,
Səni yada salıb gedir fikirlərim,
Düşüncələr axınına qapılıram,
Bir bilsəydin sənsiz necə darıxıram.
Hər şey qarışıb zamanın axarına,
Üzə-üzə gəlib çıxdıq axırına.
Bu halına üzülürəm sevgimizin.
Sayı-hesabı tükənib dərdimizin.
Sevgi bizi yola verdi,
Bəxtimizi bada verdi,
Yola verdi…
Hər şeyi yandırıb oda verdi…